Cəmiyyət

Mingəçevirdə seyrangah üfunət qoxuyur - VİDEO

25 Sentyabr 2018 21:13
1 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə kür çayının sahilində yerləşən "sahil" parkında suya tullantılar atılır. Sakinlər iddia edirlər ki, çayın suyu sahil boyu obyektlər tərəfindən çirkləndirilir. Obyekt sahibləri isə sakinləri günahlandırırlar. Məsələyə müdaxilə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi isəəraziyə kameralar quraşdıraraq nəzarəti gücləndirəcəklərini bildirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, suyun üzündə plastik, şüşə və dəmir su qabları üzür, yosunlara dolaşan müxtəlif sellofan və digər zibillər çayın üzərində xüsusi qat yaradıb.

Görüntülər Mingəçevirdə Kür çayının kənarında yerləşən "Sahil" parkındandır. Bu ərazi yerli sakinlərin və bura gələn turistlərin əsas istirahət məkanıdır. Günün istənilən vaxtında müxtəlif yaşlı insanlar çay kənarındakı parka gələrək istirahət edirlər. Lakin son vaxtlar sakinlər bu gözəl məkanda hökm sürən natəmizlikdən narazıdırlar.

Şəhər sakinləri suyun çirk və üfunətindən çaya yaxın dura bilmədiklərini deyirlər. Onlar istirahət məkanında fəaliyyət göstərən iaşə obyektlərinin işlərinə məsuliyyətsiz yanaşmaları səbəbindən belə vəziyyətin yarandığını iddia edirlər.

Obyekt sahibləri isə iddia ilə razılaşmırlar. Onlar bildirirlər ki, suyu istirahətə gələn insanlar çirkləndirirlər. Məsələdən xəbərdar olan aidiyyatı qurumlar isə tez-tez Kür çayında monitorinqlər aparıldığını və həmin obyekt sahiblərinə xəbərdarlıq edildiyini bildirdilər.

Suyun kimin tərəfindən çirkləndirildiyi aydınlaşdırıldıqdan sonra həmin şəxslər cərimələnəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çaykənarı seyrangah üfunət qoxuyur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.