Cəmiyyət

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - VİDEO

25 Sentyabr 2018 21:11
0 Şərh     Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramovun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.

Nazir hazırda işçi qrupun sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş apardığını da söyləyib.

C.Bayramov hesab edir ki, sertifikatlaşdırma birdəfəlik proses olmamalıdır.

Onun sözlərinə görə, hər bir müəllimin 5 ildən bir həmin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulur:
"Sertifikatlaşdırma nəticəsində biz daha dəqiq ölçmələr və daha detallı məlumatlar əldə edə biləcəyik. Həmin prosesin davamlı olması ona işarə edir ki, hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul olacaq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.