Cəmiyyət

Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi - FOTO

25 Sentyabr 2018 19:48
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Milli.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib.

Nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi ilə hərracda yüksək rəqabət müşahidə olunub. Buraxılış ili 2008 olan QAZ-31105-100 markalı avtomobil üçün 6-sı elektron olmaqla 10 sifariş qəbul edilib. İştirakçılar arasında mübarizə ilkin hərrac qiyməti 2 min manat olan dövlət əmlakının satış qiymətini 4 min 350 manata yüksəldib. Analoji hal VAZ-21213 markalı nəqliyyat vasitəsi üçün də xarakterikdir. Buraxılış ili 2003 olan bu avtomobilin hərracında 4 sifarişçi iştirak edib. Hərrac prosesində bu dövlət əmlakının start qiyməti 3 dəfədən çox artıb. 1300 manat ilkin qiymət təyin olunan avtomobilə 4 min 50 manat təklif edən iştirakçı hərracın qalibi olub.

Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri olan Xalac Kənd Sənətkarlıq evi Salyan rayonu, Abad kəndində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 1208 kv.m-dir. Sifarişçi torpaq sahəsi ilə birgə bu əmlaka sahib olmaq üçün 25 min manat təklif edib. Cəlilabad rayonunda Qarakazımlı kənd Mədəniyyət evi, Asfalt zavod sexinin yarımçıq tikilisi, Tərtər rayonunda Sarov kənd klubu da özəlləşdirilən dövlət müəssisələridir.

Bakı və Sumqayıtda yerləşən qeyri-yaşayış sahələri müxtəlif sahələr üzrə xidmət fəaliyyəti üçün uğurlu seçimdir. Bu obyektlərin ümumi faydalı sahəsi 33,7 kv.m ilə 97,8 kv.m aralığındadır. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49,8 kv.m-dir. Sifarişi elektron formada vermiş vətəndaş bu əmlaka sahib olmaq üçün 6 min manat təklif edib.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 2 oktyabr tarixində baş tutacaq. Prosesə ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 30-u qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.