Cəmiyyət

Kişilər daha çox xəyanət edir, yoxsa qadınlar? - VİDEO - FOTO

25 Sentyabr 2018 13:42
5 Şərh     Baxış: 5 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmiyyətdə mentalitetdən qaynaqlanan belə bir fikir var: kişi xəyanət edə bilər, amma qadın isə əsla. 

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində son zamanlar kişilər qədər olmasa da, qadınlar arasında xəyanət hallarının artmasına dair reportaj hazırlanıb.

Əhməd Qəşəmoğlu - sosioloq: "Uşaq vaxtlarından aldatmağa, söyməyə öyrəşənlər böyüyəndə də xəyanət edir. Bizim oğlan uşaqları 13-14 yaşına çatanda elə bilirlər ki, hansısa qız uşağını aldatmaq böyük bir şeydir".

Psixoloqlar belə hesab edirlər ki, xəyanət edən insanlar psixoloji problem yaşadığı üçün belə bir addımı atırlar. Onlar xəyanət üsulu ilə yaşadıqları travmalardan şüuraltı olaraq intiqamını almış olurlar.

Elnur Rüstəmov - psixoloq: "Düşünür ki evində bir hüzuru yoxdur, başqa bir yerdə öz düşüncəsində hüzur yaradır. Ancaq fərqində deyil ki, daha böyük bir problemə doğru gedir. İnsandır, ola bilər elə vəziyyət yaransın ki, hər hansı xırda yalnışlığa yol versin. Belə olan təqdirdə ailə üzvləri ailəyə müdaxilə edən tərəfə qarşı mübarizə aparmalıdır".

Şəhər sakinləri edilən xəyanətləri müxtəlif səbəbələrlə izah edirlər.

Sakin: "Səbrli olmaq lazımdır".
Sakin: "Əsas evi tikən qadındır. 48 ildir ailə qurmuşam, mənim yoldaşım mənə çox əzizdir".

Mütəxəssislər qloballaşan dünyada durmadan inkişaf edən sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı məsləhət bilirlər.

Əhməd Qəşəmoğlu - sosioloq: "İnternet, sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə ediləndə dərman, artıq istifadə etsən ziyandır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kişilər daha çox xəyanət edir, yoxsa qadınlar? - AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.