Cəmiyyət

Novruz Məmmədov qərar imzaladı: xüsusi təhlükəli xəstəliklərin siyahısı genişləndirildi

25 Sentyabr 2018 09:01
Baxış: 3 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısında dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, indiyə qədər bruselyoz xəstəliyinə qarşı planlı profilaktiki mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyət aradan qaldırılacaq və bundan sonra daha geniş kontingentdə və müntəzəm olaraq müayinələr aparılacaq.

Həmçinin heyvanların ümumi xəstəlikləri siyahısına blutanq, atların qripi, atların rinopnevmaniyası xəstəlikləri əlavə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.