Cəmiyyət

26 müəllimin dərs yükü niyə azaldılıb? - Təhsil Nazirliyi məsələyə aydınlıq gətirdi - VİDEO

24 Sentyabr 2018 23:29
2 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

26 müəllimin dərs yükü azaldılaraq 6 saata endirilib. Üstəlik müəllimlərin əmək müqavilələri dəyişdirilərək bir illik edilib. Milli.Az bildirir ki, Saatlının əsasən Səməd Vurğun məktəbi olmaqla digər bir neçə məktəbində müəllimlər dərs saatlarının azaldılmasından narazıdılar. Şikayətçi müəllimlər iddia edir ki, onların dərs saatının azaldılmasına səbəb 2013-cü edilən yerdəyişmədir.

Şikayətçi müəllimlər deyir ki, onlar rayon təhsil şöbəsinin daxili əmri ilə yerdəyişmə ediliblər. Nazirlikdən isə müəllimlərə bildirilib ki, onlar yerdəyişməni imtahanla həyata keçirməyiblər. Dərs saatı azaldılan müəllimlər iddia edir ki, onların əksəriyyəti işlərində yüksək nəticə göstəriblər. Amma indi ən az dərs saatı onlara ayrılıb.

Məsələ ilə bağlı Təhsil nazirliyindən isə bildirdilər ki, həmin müəllimlərin dərs yükü imtahanda iştirak etmədiklərinə görə deyil, qaydalara zidd yerdəyişmə edildiyi üçün azaldılıb.

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov onu da qeyd etdi ki, həmin müəllimlər arasında diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin dərs saatının artırılması barədə artıq rayon təhsil şöbələrinə göstəriş verilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
26 müəllimin dərs yükü niyə azaldılıb? - Təhsil Nazirliyi məsələyə aydınlıq gətirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.