Cəmiyyət

DƏHŞƏT! Bakının bu ərazisində yaşayanların başına DAŞ YAĞA BİLƏR - VİDEO - FOTO

24 Sentyabr 2018 21:50
0 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlik qadağa qoysa da, ərazidə tikinti davam edir, uçqun və sürüşməyə isə istinad divarları belə tab gətirmir. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yoldan gedir.

Sıldırım qayalar, sürüşən ərazi, yandırılan torpaq qatı. Ən təhlükəlisi isə odur ki, burada məskunlaş sakinlərin üzərinə böyük daş parçaları düşə bilər. Yolda hərəkətin təhlükəsizliyi üçün tikilən istinad divarı da ömrünü başa vurub desək yanılmarıq. Əks halda belə görüntü ilə qarşılamazdıq.

Sadiq Əmiraslanov - ETSN-in əməkdaşı: "Əhəng daşlarının yer səthinə çıxışı, bu daşların altında qum və gil qatlarının qeyri-bərabər növbələşməsi, eyni zamanda küləyin karroziya və defilyasiyası daşların aşınmasına səbəb olur. Nəticədə uçqun ya da sürüşmə hadisəsi baş verir. Uçqun hadisəsi bu yerlərə uzun müddətdir ki, müşahidə olunur. Bu ərazidə daha geniş uçqunların baş verdiyini müşahidə etmişik".

Bu cür uçqunlarsa tonlarla ağırlığı olan daşların yola və ya evlərin üzərinə düşməsi təhlükəsini ortaya çıxarır. Sonuncu belə daş sürüşməsi 2 ay əvvəl baş verib.

Sakin: "Neyləyək, məcburuq, yaşamalıyıq da. 6-7 ildir burada yaşayırıq".

Sakin: "1961-ci ildən burada yaşayıram. İndiyədək uçqun olmayıb".

Bakıda və Abşeron yarımadasında bir çox ərazilər var ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində həmin ərazilərin xəritəsi tərtib olunub və bu ərazilərdə tikinti aparılması tam qadağandır. Lakin görünən odur ki, bu qadağalara məhəl qoyan yoxdur.

Ərazidə sürüşmənin qarşısını almaq üçün ağaclar əkilib yaşıllıq salınsa da bu ərazilər naməlum şəxslər tərəfindən yandırılıb. Nəticədə sürüşmənin qarşısını almaq üçün əkinlən ağaclar quruyur.

Sadiq Əmiraslanov - ETSN-in əməkdaşı: "Qarşıdan soyuq havalar, yağışlı günlər gəlir. Bu isə sürüşmə və uçqun proseslərinin aktivləşməsinə səbəb ola bilər. Meteoroloji amillər həmin ərazilərdə təhlükəni artıra bilər".

Mütəxəssislərin fikrincə, sürüşmə və uçqun təbii prosessdir. Onun qarşısını almaq bəzən müşkülə çevrilə bilər. Amma qabaqlayıcı tədbirlərlə təhlükəni önləmək olar. Məsələn elə istinad divarlarını yeniləmək və daha möhkəm etməklə.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏT! Bakının bu ərazisində yaşayanların başına DAŞ YAĞA BİLƏR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.