Cəmiyyət

Babək prospektindən istifadə edən sürücülər MÜTLƏQ BAXSIN - VİDEO

22 Sentyabr 2018 22:17
0 Şərh     Baxış: 5 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Babək prospektinin girişindən körpünün də üzəri daxil olmaqla ''Ağ şəhər''ə qədər ərazidə köhnə asfalt qatı qaşınır. Milli.Az bildirir ki, yeni asfalt qatının vurulması növbəti həftə sonuna qədər yekunlaşacaq. Yeni asfalt qatı vurularkən körpünün üzərində hərəkət nəqliyyata bağlanacaq.

İş icraçısının sözlərinə görə, həftənin birinci gününə qədər prospektin girişindən ''Ağ Şəhər'' ə qədər olan yolda köhnə asfalt qatı hər iki istiqamətdə qaşınacaq. Yeni asfalt örtüyü isə hava şəraiti əlverişli olsa gələn həftənin sonuna qədər vuruluacaq.

Bu arada uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri tamamlanmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub. Mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır.

Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi də 16 metrə qədər genişləndirilir. Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb.

Ümumilikdə yolun oktyabr ayında tam istifadəyə verilməsi planlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Babək prospektindən istifadə edən sürücülər MÜTLƏQ BAXSIN

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.