Cəmiyyət

"Rahibənin lənəti" premyeradan 2 gün öncə "CinemaPlus"da

21 Sentyabr 2018 18:08
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında premyeradan 2 gün öncə Dolby Atmos formatında "Rahibənin lənəti" dəhşət filminin nümayişi keçirilmişdir.

Milli.Az xəbər verir ki, "Rahibənin lənəti" özünü çoxlu sayda pisliklər ilə bürüyür, bu səbəbdən dəhşətli abstraksiyanın lap kənarında yerləşir.

Kinoteatrda filmdə istifadə olunan orijinal dekorasiya ilə bəzədilmiş dəhşət mühiti hökm sürürdü. Həmçinin musiqi, furşet və içkilər var idi.    

Dəhşət filminin rejissoru Korin Hardidir. Aktyor heyətinə Taissa Farmiqa, Şarlott Houp, Bonni Aarons, Conni Koyn, İnqrid Bisu və başqaları daxildir. 

Film haqqında qısaca olaraq: Rumıniyada sakit bir yerdə yerləşən kilsədə cavan rabihə intihar etdikdən sonra, Vatikan hadisəni araşdırmaq üçün naməlum keçmişi olan keşiş və geriyə dönüşü olmayan əhdlər edən təzə rahibəni göndərir. Təkcə həyatları deyil, həm də, inancları və öz ruhları ilə risk edən araşdırmaçılar şeytan rahibə cildinə girmiş qəzəbli güc ilə rastlaşırlar. Kilsə isə sağ və lənətlənmişlər arasında dəhşətli döyüş meydanına çevrilir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.