Cəmiyyət

Ermənistanda girovluqda olan azərbaycanlıların sayı açqlanıb - VİDEO

20 Sentyabr 2018 21:21
4 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 uşaq, 98 qadın və 112 qoca hələ də Ermənistanda girovluqdadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Bakıda keçirilən "Qadınlar, sülh və təhlükəsizlik" mövzusundakı konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova bildirib.
Tədbirdə iştirak edən NATO baş katibinin müavini Rouz Qotemoller Azərbaycanın bu qurumun fəaliyyətində aktiv rol oynadığına diqqət çəkib.

Rouz Qotemoller Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb və bu problemin sülh yolu ilə həllində maraqlı olduqlarını bildirib.

Konfransda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından çıxarılmış qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu qadın, 300 mindən çoxunu isə uşaq təşkil edir. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənistanda girovluqda olan azərbaycanlıların sayı açqlanıb

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.