Cəmiyyət

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

20 Sentyabr 2018 21:13
1 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Bu gün təlimlərdə gündüz vaxtı döyüş atışları həyata keçirilib. Müxtəlif növ qoşun birləşmələrinin cəlb edildiyi təlimlərdə şərti düşmən hədəfləri peşəkarlıqla məhv edilib.
Ordumuz poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışlarını icra edib. Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyinin də izlədiyi təlimlərdə qoşunların peşəkarlığı və şəxsi heyətin hazırlığı yüksək qiymətləndirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.