Cəmiyyət

"Əsrin müqaviləsi"nin imzalandığı qələm hələ də qalır - Qələm veteran neftçi tərəfindən qorunur - VİDEO

20 Sentyabr 2018 21:09
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əsrin müqaviləsi"nin imzalandığı qələm bu gün də qorunub saxlanılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 50 ildən artıq neft sənayesində çalışmış və göstərdiyi xidmətlərə görə prezident təqaüdünə layiq görülmüş Rafiq Abdullayev üçün bu qələm çox şeyi ifadə edir.

Müqavilənin imzalanması mərasimində iştirak edən veteran neftçi Rafiq Abdullayevdə həmin əlamətdar hadisəyə aid olan təkcə qələm deyil. Eyni zamanda o, həmin müqavilə bağlandıqdan sonra müqavilənin tərkib hissəsi olan ''Çıraq-1'' neft platformasından hasil olunan ilk neft nümunəsi də var. O neft ki, bu gün ''Azəri Light'' adı altında dünyada Azərbaycan brendi kimi tanınır.

Müsahibimiz deyir ki, həmin müqavilənin imzalanmasında ulu öndər Heydər Əliyevin misilsiz rolu olub. "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.

Rafiq Abdullayev deyir ki, bu müqavilə bir növ müstəqil Azərbaycanın təminatı rolunu oynadı

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.