Cəmiyyət

Ailənin 10-cu övladı doğuldu - Uşaqların sayının 10-a çatdırılmasının maraqlı izahı var - VİDEO

20 Sentyabr 2018 21:08
14 Şərh     Baxış: 7 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ailənin 10-cu övladı doğuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.