Cəmiyyət

Qubalı pəhləvan qardaşlar bu dəfə kolumbiyalı izləyiciləri heyrətləndiriblər - FOTO

21 Sentyabr 2018 08:07
0 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubalı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Laçın və Hüseyn Abdulhüseynovlar kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar həyəcan və alqışlarla izləyiblər.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil olunan Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılan qardaşların çıxışı bu ölkənin məşhur "Caracol" televiziyası vasitəsilə yayımlanacaq.

Abdulhüseynovlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə də uğurla çıxış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.