Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

20 Sentyabr 2018 08:48
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 18-də Milli Musiqi Günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı ilə "Yaradanlar və yaşadanlar" adlı birgə layihəsinin növbəti konserti keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsert Xalq artisti, xanəndə, muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

Gecədə Xalq artisti Səkinə İsmayılova "Şur-şahnaz" təsnifini, Xalq artisti Teyyub Aslan "Çoban qızı", "Dilbərim" xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov "Rast", Şur" təsniflərini ifa ediblər.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edib.

Həmçinin konsertin son nömrələrindən biri olan "Durna" xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.

Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara xanəndənin həyat və yaradıcılığı haqqında məlumat veriblər. H.Hüseynovun qızı, nəvəsi və dostu olmuş M.Əsədullayev onun haqqında xatirələrini bölüşüblər.

Konsert maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, sentyabrın 20-də saat 16:00- da "Dədə Qorqud" Kamera Orkestri çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.