Cəmiyyət

İpoteka krediti ilə bağlı yenilik təklif edilir - VİDEO

19 Sentyabr 2018 22:47
2 Şərh     Baxış: 1 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İpoteka krediti alan şəxslər həyat sığortasını illik yox, ilk olaraq 3 aya düşən hissəsini ödəsinlər.

Milli.Az bildirir ki, belə bir təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası çıxış edib. Qurumun rəhbəri Mustafa Abbasbəyli bildirib ki, bu təklifin verilməsində əsas məqsəd daha çox insanın bu sığorta növündən istifadəsinə imkan yaratmaqdır.

Deməli, ipoteka krediti ilə 100 min manatlıq mənzil alan şəxs həmin məbləğin 0.2 faizi həcmində yəni 200 manat həyat sığortası ödəməlidir. Bu sığortanın icbari olmasının əsas səbəbi budur ki, əgər ipoteka kreditini götürən şəxs ölərsə krediti həyat sığortasını edən şirkət ödəyəcək. Bununla da ipoteka krediti verən maliyyə qurumu öz kreditini sığortalamış olur. İndi 100 min manatlıq ev üçün 200 manat deyil, 48 manat ödənməsi təklif olunur.

Mustafa Abbasbəyli bildirir ki, yeni təklif artıq aidiyyatı qurumlara göndərilib.

Onu da qeyd edək ki, ipoteka kreditləri ilə yanaşı digər kreditlərdə də həyat sığortasının tətbiqinin icbari olması təklif olunur. Buna səbəb kreditlərin qaytarılması zamanı yaranan problemlərdən sığortalanmaqdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İpoteka krediti ilə bağlı yenilik təklif edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.