Cəmiyyət

“10 nəfərdən ikisini götürə bilirik” - Bağçalarda sıxlıq - VİDEO - FOTO

19 Sentyabr 2018 11:38
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 mindən çox əhalisi olan Xaçmaz şəhərində cəmi 5 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Sakinlər bildirir ki, hər il 10-larla valideyn övladlarını bağçaya yerləşdirməkdə çətinlik çəkirlər. Səbəb yerin olmamasıdır.

Sakin: "Mənə elə gəlir ki, bağça sayı bizdə azdır. Ona görə problem yaranır. Heç olmasa əlavə 2 bağça açılsa babalar, nənələr körpələri bağçalara apararlar".

Sakin: "Bağçaların sayı azdır. Bir dənə böyük bağça olmalıdır ki, uşaqlar orada yerləşsinlər".

Bağçada fəaliyyət göstərən pedaqoqlar bildirir ki, şəhər ərazisində əhalinin sayı çoxalıb. Bağçaların bəzilərində yenidənqurma işləri aparılmaqla binada otaqların sayı genişləndirilsə də, bu problemin həlli üçün kifayət deyil.

Bağça müdiri Həmayıl İsgəndərovanın sözlərinə görə, hər il daxil olan müraciətlərin yalnız üçdə birini qəbul edə bilirlər.

"Hardasa bizə 90-80 faiz müraciət olursa, biz onun ancaq 20 faizini yerləşdirə bilirik. Bizim bağça 75 nəfərlikdir, hazırda sıxlıq var".

Eyni çətinlik bölgədəki digər rayonlarda mövcuddur. Bağçalar il ərzində təsdiq olunmuş plana əsasən fəaliyyət göstərir. Sözügedən planda yemək xərcləri, qrupların və hər qrupda uşaqların sayı, çarpayılar və digər meyarlar nəzərə alınır. Bu səbəbdən müəyyən saydan sonra bağçalar əlavə uşaq qəbul edə bilmir. Bəzi rayon mərkəzlərində bağçalara qəbul oluna bilməyən uşaqlar üçün sahibkarlar tərəfindən ödənişli əsaslarla xüsusi hazırlıq kursları da təşkil edilib.

Kəmalə Niftəliyeva - Hazırlıq kursunun rəhbəri: "Uşaq nə qədər bağçaya getsə, onun üçün inkişafdır. Məktəb mühiti başqadı. Bağçalarda məktəb mühiti var. Uşaqlar inkişaf edir".

Belə hazırlıq kurslarına yazılmaq üçün hər uşaqdan ayda 50 AZN tələb olunur. Bu, hər valideyinin büdcəsinə uyğun olmadığı üçün bağçadan kənar qalan uşaqlar çoxdur. Ümumi mənzərədən göründüyü kimi çıxış yolu yalnız yeni bağçaların tikilərək istifadəyə verilməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"10 nəfərdən ikisini götürə bilirik" - Xaçmaz bağçalarında sıxlıq yaşanır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.