Cəmiyyət

Avtobuslar dayanacaqlardan kənar saxlayır - Tıxac əmələ gəlir, sərnişinlər üçün təhlükə yaranır - VİDEO

18 Sentyabr 2018 21:12
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bəzi avtobuslar sərnişinləri dayanacaqlarda düşürüb-mindirmədikləri üçün yollarda tixac əmələ gəlir. Üstəlik, sərnişinlərin həyatları üçün də təhlükə yaranır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, belə yerlərdən biri paytaxtın Yasamal rayonunda, Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsidir. Buradan üzü Yeni Yasamal istiqamətində hərəkət edən avtobusların əksəriyyəti kobud qayda pozuntusuna yol verir. Nəticədə həmin ərazidə, xüsusilə günün pik saatlarında tıxac yaranır. Bundan ən çox əziyyət çəkənlər isə minik avtomobillərinin sürücüləridir.

Dayanacaq olmayan ərazidə avtobusdan düşən piyadaların təhlükəsizliyi də bu yerdə sual altında qalır. Çünki avtobusa minib-düşən sərnişinlər dərhal yolu keçməyə cəhd edirlər.

Qeyd edək ki, sözügedən ərazidən 5 ayrı xəttə aid marşrut avtobusu hərəkət edir. Əlaqə saxladığımız daşıyıcı şirkətlərin nümayəndələri problemin dayanacacağın yerinin düzgün seçilməməsindən qaynaqlandığını deyir. Marşrut sürücüləri də bildirirlər ki, Şərifzadə küçəsindəki dayanacağın yol kəsişməsinə yaxın olması onların işini çətinə salıb. Çünki həmin dayanacaqda dayandıqdan sonra yolun sol zolağına keçmək qəza şəraiti yaradır. Buna görə də sürücülər məcbur qalıb həmin dayanacaqda saxlamırlar.

Elə sərnişinlər də Məhəmməd Xiyabani küçəsində dayanacağa ehtiyac olduğunu bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, agentliyin əməkdaşları ən qısa zamanda ərazidə araşdırma aparacaq və problemin aradan qaldırılması istiqamətində işlər görəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobuslar dayanacaqlardan kənar saxlayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.