Cəmiyyət

Bakının nəqliyyat sistemində VACİB YENİLİK - Təzə kameralar nəyi çəkəcək?

19 Sentyabr 2018 08:35
1 Şərh     Baxış: 3 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək.

Bildirilir ki, dayanacaqların ərazisini zəbt edən maşınların sürücülərinin kütləvi cərimələnməsi bu məsələnin aradan qaldırılmasında böyük rol oynayacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.