İş adamları üçün Şeffild Universitetindən sərfəli fürsət - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 11-də Azərbaycanda yeni açılmış Şeffild Universitetinin City College beynəlxalq fakültəsinin təşəbbüsü ilə Azərbaycanda işgüzar adamlar üçün "Biznes keyslərininin hazırlanması" mövzusunda seminar keçirilib.
Seminar Azərbaycanın premium otellərindən birində baş tutub. Keçirilən seminar keyfiyyət və məzmun baxımından işgüzar şəxslərin böyük marağına və məmnuniyyətinə səbəb olduğundan bu cür seminarların keçirilməsi ildə bir neçə dəfə planlaşdırılır. Tədbir zamanı Şeffild Universitenin beynəlxalq fakültəsinin baş mühazirəçisi və direktoru Dr. Leslie Szamosi tərəfindən keçirilən seminarla yanaşı, sözügedən fakültənin ilk dəfə Azərbaycanda açdığı, işgüzar adamlar üçün nəzərdə tutulmuş Executive MBA Programı barədə qısa təqdimat keçirilib.
Executive MBA proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib-hazırlanmış innovativ beynəlxalq proqramdır. İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar. Hər il, Cənub-Şərqi və Şərqi Avropanın öndə gedən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul edilirlər. Proqramın çatdırılma metodu (həy ayda 1 həftə sonu - 3 gün) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan dərslərdə iştirak etmək imkanı yaradır.
EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr, eyni zamanda, əlavə kurslarda iştirak etmədən və imtahan vermədən "Chartered Management Institute"nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə magistr diplomunu əldə edə bilərlər.
"Chartered Management Institute" Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur.
Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin Executive MBA proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Biznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya) və CMI tərəfindən akkreditasiya edilib. Proqram, həmçinin Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademik Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınıb və akkreditasiya edilib.
MBA Proqramı, həqiqətən də, özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər. Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram, eyni zamanda, Yunanıstan (Saloniki), Bolqarıstan (Sofiya), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Ukrayna (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.
Proqramın müddəti 2 ildir. Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məşhur beşulduzlu oteldə keçiriləcək. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, ingilis dilini bilməlidirlər.
Şeffild Universitetinin Executive MBA proqramı üzrə dərslərə 2018-ci il noyabr ayında başlanacaq.
Qeyd edək ki, təqaüdlü təhsil haqqı üçün sənədlərin ən son qəbul tarixi 30 sentyabr 2018-ci ildir.
Daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin Azərbaycanda ölkə üzrə meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz: [email protected] və ya (050) 663-07-70.
https://youtu.be/C3IqXYkOuNk




Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
XƏBƏR LENTİ
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
-
Mətbuat Şurasının yeni sədri seçilib
-
Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir - Kamaləddin Qafarov
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”
-
Bu şəxslərin dövlət qulluğunda işləməsinə qadağa qoyulur
-
Ölkədə nikah və boşanmaların sayı azalıb
-
Komendant pulu çıxarışa görə, yoxsa müqavilədəki kvadrata görə ödənilməlidir? - ARAŞDIRMA
-
Ölkə əhalisinin sayı açıqlandı: Qadınlar çoxdur, yoxsa kişilər?
-
Bu bələdiyyələrin adları dəyişdirildi
-
Üçqat Olimpiya çempionu küçədə yemək axtarır - (Foto-Video)
-
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib





