Cəmiyyət

Ədalət yerini tapdı - FOTO

16 Sentyabr 2018 23:52
2 Şərh     Baxış: 2 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda ustad aşıq Ədalət Nəsibovun anım günüylə bağlı silsilə tədbirlər keçirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə" İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirlər, ustad aşığın rayonun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı ilə başlanıb. Açılışda fəxri qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 60 ildən çox Azərbaycan mədəniyyətinə, sazına xidmət göstərmiş Aşıq Ədalətin heç vaxt unudulmayacağını vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri İlham Pirməmmədov söz alaraq Aşıq Ədalətin yaradıcılığından, ustadla bağlı xatirələrindən danışıblar.

Sonda saz ifalarının müşayiəti ilə üzərindəki ağ örpək götürülən abidə ictimaiyyətə təqdim edilib.

Rayon mərkəzinə dəvət edilən iştirakçılar Ədalətin Nəsibovun ildönümü münasibətilə Mədəniyyət Mərkəzinin qarşısında açılmış ehsan süfrəsində iştirak etdikdən sonra Qazax rayon Gənclər mərkəzində Rafael İncəyurdun redaktoru olduğu "Ədalət dastanı" kitabının təqdimatına yığışıblar. Tədbir, iştirakçılara kitabların paylanması və saz-söz ifaçılarının çıxışıyla başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.