Cəmiyyət

Mal-qaraya görə qonşu ilə dava etdi, bıçaqlandı

16 Sentyabr 2018 20:06
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.

Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.