Cəmiyyət

17 yaşlı oğlan atasını öldürdü - Göygöldə DƏHŞƏTLİ QƏTL:- VİDEO

16 Sentyabr 2018 20:00
6 Şərh     Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə 11- ci sinif şagirdi atasını qətlə yetirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quliyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quliyev atasının başına balta ilə ağır zərbələr endirib. Eşqin Quliyev atasının ona müqavimət göstərdiyini görüb, ona daha bir neçə bıçaq zərbəsi də endirib. Ramil Quliyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisədən sonra könüllü şəkildə polisə təslim olan gənc saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Göygöldə DƏHŞƏTLİ QƏTL

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.