Cəmiyyət

Deputat Fazil Mustafa bütün villaları Sərhəd Qoşunlarının balansına təhvil verməyə çağırdı

16 Sentyabr 2018 13:40
9 Şərh     Baxış: 10 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı Fazil Mustafa Bakıdakı qanunsuz tikililər problemini şərh edərkən bildirib ki, Xəzərin sahilindı tikilmiş villalar dövlətin sərəncamına təhvil verilməlidir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı deputat deyib: "Xəzərin hasarlanmasına gəldikdə isə, əslində bunlar ayrılıqda müdafiə səngərlərinə, yaxud da hansısa sunamidən qorunma vasitələrinə bənzəyən bir görüntü verir. Xəzərdə sunami ehtimalı olmadığından, görünür bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib, o halda müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarının balansına versinlər və ölkəmizin müdafiə qabiliyyəti daha da güclənsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.