Cəmiyyət

Fəxri adı olan aktyorlara medallar verilib -FOTO

15 Sentyabr 2018 23:48
0 Şərh     Baxış: 3 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı sentyabrın 15-də Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da qatıldığı tədbir Akademik Milli Dram Teatrının yeni mövsümünün açıldığı günə təsadüf edib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək 146-cı teatr mövsümünün açılması münasibətilə Akademik Milli Dram Teatrının kollektivini və fəxri ad alan yaradıcı insanları təbrik edib.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Xalq artisti", "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar incəsənət xadimi" və "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.
Fəxri ad alanlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.