Cəmiyyət

Türkiyə vətəndaşı: "Hər iki xalqın ordusunu burada görmək məni çox məmnun etdi"

15 Sentyabr 2018 21:43
Baxış: 1 385

Türkiyədən gəlib burada bu möhtəşəm paradı seyr etmək çox xoşuma gəldi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İstanbuldan gələn və paradı izləyənlər arasında olan Hava Mənteşi deyib:

"Parad çox xoşuma gəldi. Hər iki xalqın ordusunu burada seyr etmək məni məmnun etdi. Xalqınızın inkişafını görmək isə məni çox sevindirir. Yaşa, var ol, türk milləti!"

Türkiyə vətəndaşı söhbət əsnasında Bakının gözəlliyini də xüsusi vurğulayıb: "Bakı çox gözəl şəhərdir, dünyanın ən möhtəşəm şəhərləri ilə bir sırada dura bilər".

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.