Cəmiyyət

Bakının azad olunması günü böyük coşqu ilə qeyd edilib - VİDEO

15 Sentyabr 2018 20:57
1 Şərh     Baxış: 921

Əllərdə Azərbaycan və Türkiyə bayraqları, dillərdə "Bir millət, iki dövlət" sədaları...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda keçirilən parad maraqlı anlarla yadda qalıb. Minlərlə insan bu möhtəşəm anları izləmək üçün dənizkənarı bulvara toplaşıb.

Paytaxt sakinləri ilə yanaşı, Türkiyədən gələn qonaqlar da böyük həvəslə bu tarixi anın qürurunu bölüşüb.

Təntənəli paradın ən coşğulu anı isə süvari dəstələrinin və 100 il əvvəlki Qafqaz İslam Ordusunun geyimi ilə parada qoşulan əsgərlərin təntənəli keçidi olub.

Paradla əlaqədər bayram ab-havası təkcə Azadlıq meydanında və dənizkənarı milli parkda yox, bütün paytaxtda hiss olunub. Bəzi yaşayış binalarının eyvanlarından Azərbaycan və Türkiyə bayraqları asılıb.

Ümumiyyətlə, parad bütün ölkə vətəndaşları tərəfindən böyük qürur və iftixar hissləri ilə qarşılanıb...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının azad olunması günü böyük coşqu ilə qeyd edilib

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Hop-hop · 15 Sentyabr 23:3500

    Suuuuuuupeeeeeeeeer

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.