Cəmiyyət

Bakıda keçirilən parad Azərbaycan-Türkiyə qardaşlığını bir daha sübut etdi - VİDEO

15 Sentyabr 2018 20:56
Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçirilən parad həm siyasi, həm də hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Siyasi ekspertlər bildirirlər ki, bu parad Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində davam etdiyini, iki qardaş ölkənin bir-birinə tam arxalandığını bir daha sübut etdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, birgə keçirilən hərbi parad Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunu bir daha göstərdi.

Politoloqlar bildirirlər ki, Azərbaycanla Türkiyə eyni dilə, dinə, mədəniyyətə və bir sıra ortaq xüsusiyyətlərə malik ölkələrdir. Qafqaz İslam Ordusunun 100 il əvvəl Bakını eser-menşevik, erməni-daşnak və bolşevik qalıqlarından azad etməyə gəlməsi ölkələr arasındakı qardaşlıq münasibətinin əsrlərə dayandığının bariz nümunəsidir.

Politoloq Elçin Mirzəbəyli deyir ki, Azərbaycanın müstəqilliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması da tarixi ənənənin göstəricisidir. Bu gün keçirilən birgə parad və hər iki ölkə başçısının paradda iştirakı Türkiyə ilə münasibətlərin ən üst səviyyədə olduğunu bir daha sübut edir.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə təkcə siyasi yox, iqtisadi sferada da ən yaxın əməkdaşlığa malik ölkələrdir. Bu iki ölkənin birgə həyata keçirdiyi layihələr təkcə özləri üçün yox, digər dövlətlər və xalqlar üçün də böyük əhəmiyyətə malikdir.

Hərbi ekspertlər də paradın böyük əhəmiyyətə malik olduğunu düşünürlər.

İstefada olan polkovnik Məhərrəm Cahangirov deyir ki, bu parad da möhtəşəmliyi ilə əvvəlkilər kimi uzun müddət yaddaşlardan silinməyəcək. Hər bir ölkənin müstəqilliyinin qarantı onun güclü ordusudur. Nümayiş olunan texnika və hərbi sursat ordumuzun hansı gücə malik olduğunu açıq-aşkar göstərir.

Məhərrəm Cahangirov bildirir ki, 26 iyunda keçirilən möthəşəm parad düşmənin canında çox böyük qorxu hissi yaradıb. O ki qaldı bugünkü parada, bu, "Bir millət, iki dövlət"in reallaşdırdığı hərbi gücün nümayişi oldu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda keçirilən parad Azərbaycan-Türkiyə qardaşlığını bir daha sübut etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.