Cəmiyyət

Qaydaları pozan avtomobillər xüsusi texniki vasitələrlə qeydə alınacaq -VİDEO

15 Sentyabr 2018 19:52
1 Şərh     Baxış: 1 056

Bakı Nəqliyyat Agentliyi dayanma və durma ilə bağlı cərimələrin icrasına başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, proses bu gündən başlayıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, Bakıda və ətraf ərazilərdə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Artıq həmin texniki vasitələr ilkin sınaqdan uğurla keçib.

Qeyd edək ki, qanunsuz parklanmaya nəzarət kameraları artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu ərazilərdə fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimində fasiləsiz olaraq həyata keçirilir.
Mais Ağayev deyir ki, dayanma və durma ilə bağlı sürücülərin cərimələnməsi kamera vasitəsi ilə icra olunacaq. Səyyar şəkildə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları fəaliyyət göstərməyəcəklər. Amma tək evakuasiya xidmətindən başqa.

Qeyd edək ki, dayanma və durma qaydasını pozan sürücülər kameralar vasitəsilə aşkar edilən kimi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 20-40 manat məbləğində cərimə edilirlər.
Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə parklama zamanı daha diqqətli olmalarını, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələrini və son dərəcədə diqqətli olmalarını tövsiyə edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qaydaları pozan avtomobillər xüsusi texniki vasitələrlə qeydə alınacaq

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Xırdalanlı · 16 Sentyabr 00:5600

    Bes xırdalanda hacan olacag dayanacaqları taksiler zebt edir. Aftobus dayanacaga gire bilmir mecbur yolun hereket zolagında saxlayir neticede tıxac yaranır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.