Cəmiyyət

Cəbhədə erməni təxribatı: düşmənin iki postu sıradan çıxarıldı - VİDEO

15 Sentyabr 2018 19:06
4 Şərh     Baxış: 2 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşmən yenə dinc sakinləri hədəfə alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ermənistan cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törədib.
Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutulub.

Bir neçə kənddə, xüsusilə də Koxanəbi kəndində evlərin damlarına, Əsrik-Cırdaxan kəndi ərazisində bir avtomobilə və Koxanəbi kəndinin qəbiristanına ziyan dəyib.

İriçaplı silahlardan atılan mərmilər Əsrik-Cırdaxan və Koxanəbi kəndinin mərkəzinə və kəndlərlə rayon mərkəzini birləşdirən yoladək çatıb. Daha çox ziyan Koxanəbi kəndində qeydə alınıb. Mərmilər kəndə gedən qaz xəttindən bir az aralı düşüb.

Düşmənin təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərdən açdığı atəş nəticəsində düşmənin iki postu sıradan çıxıb. Hazırda cəbhəboyu bütün mövqelərdə vəziyyət ordumuzun tam nəzarəti altındadır. Kəndlərdə isə həyat öz axarı ilə davam edir. Mülki şəxs və ya hərbçilərimizdən itki və yaralı qeydə alınmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cəbhədə erməni təxribatı: düşmənin iki postu sıradan çıxarıldı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.