Cəmiyyət

Bakı sakini: "Bu möhtəşəm paraddan zövq aldıq"

15 Sentyabr 2018 18:02
Baxış: 1 059

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə bu möhtəşəm paraddan çox zövq aldıq.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradı izləyən Bakı sakini Afət Hüseynova deyib.

A.Hüseynova bildirib:

"Təşkil olunan paradı izlədik, zövq aldıq. Bu birgə parad Azərbaycan-Türkiyə xalqlarının qardaşlığından, əbədi birliyindən xəbər verir".

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.