Cəmiyyət

Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb

15 Sentyabr 2018 07:45
0 Şərh     Baxış: 347

Şamaxı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Şamaxı-Padarçöl yolu ilə hərəkətdə olan avtomobil Şamaxının 2003-cu il təvəllüdlü Quşçu kənd sakini İsmayılov Müraciət Rza oğlunu vurub.

Qəza nəticəsində ağır xəsarət alan yeniyetmə DYP əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, M.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.