Cəmiyyət

Bakıda Çelentano festivalı başa çatıb - FOTO

15 Sentyabr 2018 08:28
0 Şərh     Baxış: 637

"The Landmark" Otel və Biznes mərkəzinin "Rotunda Rooftop" bağçasında İtaliyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş festival sona çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "United Cultures"in ictiami əlaqələr üzrə məsul işçisi Orxan Nəbiyev çıxış edərək festivala təşrif buyuran yerli və xarici qonaqları salamlayaraq Adriano Çelentanonun Azərbaycan tamaşaçılarında onilliklər boyunda buraxdığı iz haqqında, onun şəxsiyyəti və yaradıcığı haqqında məlumat verib. Daha sonra, o, İtaliyanın Azərbaycandakı səfirliyi başda olmaqla sözügedən festivalın ərsəyə gəlməsində xidməti olmuş bütün təşkilatçılara, o cümlədən "The Landmark" otel və biznes mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra tamaşaçılar festivalın proqramındakı sonuncu və Adriano Çelentanonun ən çox sevilən "Dəlicəsinə Aşiq" filmini izləyiblər.

Dəlicəsinə aşiq filmində Barnaba Çikkini və Mərkəzi Avropa ölkələrindən birinin şahzadəsidir. Barnaba Çikkini qadınların diqqətini çəkən bir kobud avtobus sürücüsüdür. Bir gün kiçik bir krallığının şahzadəsi Kristina ilə təsadüfən görüşür və ona aşiq olur. Lakin şahzadə kiçik krallığın xarici borcunu ödəməyə hazır olan bir varlı insana adaxlandırılır. Barnabanın məhəbbətini xilas etmək üçün bütün Roma əhalisi pul yığır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.