Cəmiyyət

Məhsul bol olsa da, alıcı tapılmır - VİDEO

14 Sentyabr 2018 23:29
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhsul bol olsa da, alıcı tapılmır. Milli.Az bildirir ki, Qubada alma yığımına start verilib. Fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Ardınca isə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

Əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirməyi bacarıblar.

Bu il məhsul bol olsa da, alıcı azdır. Fermerlərin sözlərinə görə, Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hazırda isə rus pulunun məzənnəsinin aşağı düşməsi meyvənin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Alma yığımının oktyabrın sonuna kimi başa çatdırılması planlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məhsul bol olsa da, alıcı tapılmır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.