Cəmiyyət

Orta məktəblərdə dərslik çatışmır? - Təhsil Nazirliyinin CAVABI

14 Sentyabr 2018 21:08
2 Şərh     Baxış: 1 070

Təhsil Nazirliyi bu il orta məktəblərdə dərslik çatışmazlığının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Nazirıikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bütün ümumi təhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb.

Məlumatda həmçinin deyilir ki, dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KIV-lərdə və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərsliklərini əldə etmələri barədə müraciətlər edilir: "Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunmuş olar. Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon/şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərslik hesabına həll edə bilməyəndə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir".

Qeyd edilir ki, yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Su*** · 14 Sentyabr 22:0020

    24 nəfərlik sinfə 3 rus dili kitabı verilib.tez gedilsə nə fayda

    Cavab yaz
  • Anonim
    il · 14 Sentyabr 22:3720

    Teze hokkadi 2017 nin kitabi olmasin. 2018 olmalidi. bashim cixmir bir ilde kitabda ne deyishir? Her il yeni derslik olacaxsa bu israfciliga kim cavab verir? Esebimnen partliyiram, uc defe kitab, ish defteri deyishdirdibler ki bu ilinki olmalidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.