Cəmiyyət

Azərbaycanda həbsdən çıxan oğul ata və anasını baltaladı - TƏFƏRRÜATLAR - YENİLƏNİB

13 Sentyabr 2018 23:21
19 Şərh     Baxış: 3 578

23:21

Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər ovladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

21:51

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    # · 13 Sentyabr 22:45150

    Cani qan içən buna oğul yazmayın çani məxluq yazın Allah bəlasını versin.Bu xəbərlər insanın qanını donuzdurur oğuldan qızdan soyuyur

    Cavab yaz
  • Anonim
    Mila · 13 Sentyabr 22:52170

    Allah bele ovlad vermesin hec kime xeyirsiz namussuz vicdansiz Allah belani versin

    Cavab yaz
  • Anonim
    Qumru · 13 Sentyabr 23:08017

    Sebeb ne olub goresen? Hebsxana heyati yawamiw birinin yeniden cinayete el atmasina ne sebeb ola biler?...Duzunu Allah biler. Allah her 3ne komek olsun.

    Cavab yaz
    • Anonim
      Bumerang · 13 Sentyabr 23:41190

      Bir ovladin ata anasini baltalamasina hansi sebeb haqq qazandira biler ki ay xanim ? Hebsxana heyati yasamis birinin yeniden cinayete el atmasi 90% hallarda gozlenilen bir seydi. Cunki hebsxana mehbuslari islah elemir ancag ele bir muddet azadligdan mehrum eleyirki onlar da cixannan sora heyata yene oz bildiyleri kimi yanlis addimlarla davam eleyirler. Ata anasini vehsicesine baltalamis birine siz allahdan nece komek isteyersiz axi ????/

      Cavab yaz
    • Anonim
      Qumruya · 13 Sentyabr 23:52180

      Qumru xanım siz şərhinizi yarıyuxulu yazmısınız deyəsən. Narkaman oglun üzündən yaşlı ata ana orda can çəkişir siz də burda o vicdansızı təmizə çıxartmağ üçün nəsə səbəb axtarırsız

      Cavab yaz
      • Anonim
        Qumru · 14 Sentyabr 00:5500

        Siz deyesen menim werhimi yene eksine oxumusuz. Men werh yazanda sebebi yazilmamiwdi deye ele yazmiwam. Haqq qazandirmamiwam, sadece toretdiyi emele gore duwunmuwem ki, en azindan psixoloji problemli biridi ve yaxud da bawqa sebebli. Ele bir insana da komek arzulamiwam. Ogulun narkomanliga meyl etmesinde mueyyen menada valideynlerin, etrafin da gunahi var. Ve ya ola biler ki, gunahkar ancaq hemin insan ozudur.

        Cavab yaz
  • Anonim
    ana · 13 Sentyabr 23:40140

    Ananin sudu sene haram olsun Ataninda coreyi Sebeni narkomandi Bir defe mehbese duwen bilmediklerinide orda oyrenir Allah gunahlarini bagiwlasin

    Cavab yaz
    • Anonim
      Sumqayıt · 14 Sentyabr 00:2611

      Əgər onun ata-anası ölsəydi onun yeri cəhənnəm olardır. O oğul tezliklə Allahdan bağışlanma diləməlidir sonrada tövbə etməlidir.Əgər o oğul tövbə etməsə onun yeri cəhənnəmdir

      Cavab yaz
    • Anonim
      @@@ · 14 Sentyabr 00:3020

      Düz deyirsiz,ana xanım. O oğul doğulanda Allah bilir ata ana oğlum olub deyib nəzir paylayıb. O da deyim bilin ki, o tərəflərdə oğul övladına xüsusi önəm verilir. Bu da oğul.

      Cavab yaz
  • Anonim
    Maya · 13 Sentyabr 23:45130

    Bezileri turmeden lap vehsilesib cixir. Allah ozu islah elesin bele gozu donmusleri.

    Cavab yaz
  • Anonim
    Rzayev.M · 13 Sentyabr 23:59130

    Kor olasi nankor ovlad !

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 00:0821

    Oğul heç ata-anasını vurarmı?.Oğul və qız ata-anasını vursa onlardan hər biri və ya hər ikisi ölsə.həmin oğul və qız cəhənnəmə girəcək

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 00:1220

    Ata-ana oğluna və qızına nə deyibsə onların sözlərinə qulağ asmalıdır.ata-ana oğlunu və qızını vursada oğul və qız ata-ananı vurmamalı

    Cavab yaz
  • Anonim
    Sumqayıt · 14 Sentyabr 00:1920

    Allahın ən sevdiyi əməl.vaxtında qılınan namazdır sonrada ata-anaya yaxşılıq etməkdir sonrada qohum qonşuya yaxşılıq etməkdir.xala da ana kimidir xalayada yaxşılıq etmək lazımdır.

    Cavab yaz
  • Anonim
    · 14 Sentyabr 00:4640

    Oglu olanda allah bilir nece sevinib. indide azreyili olub. Allah belə oguldansa hec onu vermeyeydi

    Cavab yaz
  • Anonim
    · 14 Sentyabr 00:4720

    Can can

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Sentyabr 08:4050

    Bədvaris övlad budur ha! Əllərin quruyardı o baltanı valideynlərinə vurduqun yerdə ! Alcaq vicdansız məxluq! Sənin kimilər ailəyə cəmiyyətə layiq deyillər! Allah milyon dəfə etdiyinin bəlasını cəzasını cəkdirsin sənə!

    Cavab yaz
  • Anonim
    ana · 14 Sentyabr 09:5730

    heç bir ata. ana oğulun belə yola düşməyini istəməz hamı övladı ilə fəxr etmək arzusu ilə əziyyət çəkib böyüdüb boya başa çatdırır ki qocalanda oğlum ya qızım mənə baxacaq böyütməyib ki narkaman olub yazıqları baltalasın. bir də yaxırsınız ki narkaman olmaqda ata ananın günahı var siz nə dediyinizi heç dərindən düşünürsünüz? bu sözlə siz o valideynləri baltadan da pis vurdunuz oğluna dedi get pis işlə məşğul ol türmələrdə sürün hələ gör o ana türmə yolunu gözləyəndə nələr çəkib bədbəxt yazıq ana allah oğula yox valideyinlərə kömək olsun onsuzda bu oğul öz yolunu belə seçib

    Cavab yaz
  • Anonim
    Nuru · 14 Sentyabr 13:2510

    Belə oğuldansa bir it saxlamaq yaxşıdır. Narkotik aludəçəsi olan insanları ailədən birdəfəlik çıxartmaq imtina etmək lazımdır. Çünki narkaman olan bir ailədə hamı bədbəxt olur həyatları puç olur. Lənət olsun belə narkaman şərəfsiz insanlara.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.