Cəmiyyət

Transmilli cinayətkar şəbəkə saxlanıldı - VİDEO

13 Sentyabr 2018 21:22
0 Şərh     Baxış: 660

Sumqayıt polisi narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləriniifşa edib. Saxlanılan şəxslərdən həmin vaxt külli miqdarda müxtəlif növ narkotik maddə də aşkar edilib.

Qaçaq yolla ölkəyə narkotik maddə gətirən şəxslər saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhər polis idarəsinin əməkdaşları məlumat əsasında narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri - Şahlar Qasımov və Əhməd Əhmədovu saxlayıblar. Onların üzərlərinə və Əhməd Əhmədovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni dəstənin digər üzvləri Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədilə aldıqlarını bildiriblər. Əməliyyatla dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Rza Cavadi də saxlanılaraq istintaqa təhvil veriliblər. İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən ümumi çəkisi 3 kiloqram 590 qram heroin və 932 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki əldə ediblər. Saxlanılan şəxslərin Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinində cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Transmilli cinayətkar şəbəkə saxlanıldı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.