Cəmiyyət

Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb - VİDEO

13 Sentyabr 2018 21:08
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb. Onlar evlərdən qızıl zinət əşyaları və nağd pul oğurlayıblar. Ev sahiblərinə dəyən ziyanın ümumi məbləği isə 45 min manatdan çoxdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əvvəlcədən evləri müəyyənləşdiriblər, sonradan həmin evlərə girib qarət ediblər.

Oğurluq hadisələri Mingəçevirdə olub. Şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından bu ilin avqustuna qədər 3 müxtəlif ünvanda yerləşən mənzillərdən ümumi dəyəri 45 min manatdan artıq qızıl-zinət əşyaları və nağd pul oğurlayan 5 nəfər şəhər sakini tutulub. Saxlanılan şəxslər əvvəlcədən müəyyən etdikləri mənzillərə gecə saatlarında daxil olaraq cinayət əməllərini həyata keçiriblər.

Ələ keçən dəstə üzvləri əməllərini etiraf edərək törətdiklərindən peşman olduqlarını bildiriblər. Onlar evlərə daxil olan zaman əvvəlcədən plan qurduqlarını və bu plana uyğun hərəkət etdiklərini deyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.