Cəmiyyət

ATƏT-də media azadlığı müzakirə olunub: Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır

13 Sentyabr 2018 18:01
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, toplantında ATƏT üzvü olan 57 ölkənin nümayəndələri - səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Toplantının ikinci günündə ATƏT üzvü olan ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirəyə çıxarılıb. Toplantıda "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb:

"Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: Azərbaycanda cəmi bir günə xəbər portalı, müvafiq dövlət qurumuna informasiya xaraktetli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.