Cəmiyyət

Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?! - VİDEO

12 Sentyabr 2018 22:47
3 Şərh     Baxış: 1 710

Azərbaycanda son illər falçı və cadugərlərin sayı artıb. Milli.Az bildirir ki, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov deyir ki, komitəyə bununla bağlı müraciətlər daxil olur. Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.

Falçılıq isə bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin ayə və surələrindədə falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha da sərt formada həyata keçiriləcək. Falçılara qarşı dini qurumlarla iş üzrə dövlət komitəsi hüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görəcək.

Falçılarla qarşılaşan şəxslər isə aidiyyatı üzrə polis məntəqələrinə və Dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?!

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    LADY- L · 12 Sentyabr 22:5750

    Ona gore aldanirlar ki, quranda duyunlere ufuren qadinlar firildaqci kimi yox hansisa fovqeltebii bacariga malik olan qorxunc quvve kimi teqdim edilirler. Nezere alsaq ki, bizim de ehalimizin coxu dine inanir, ona gore de coxu dinin tesdiqlediyi falcilara da inanmagi ozune borc bilir )

    Cavab yaz
    • Anonim
      alsu · 12 Sentyabr 23:4910

      irade si zeif adamlar tez inanir onlarda bundan istifade edir pul qazanir zehmet cekmirler ter tokmurler rahat puludu da gelir kim istemez ki ona gore de onlar haqqinda olcu goturulse yaxwi olardi aldanan olmazdi

      Cavab yaz
      • Anonim
        Leyla · 13 Sentyabr 08:0200

        Ona goreki butun insanlar herseyi gormax istiyir butun arzularin yerine yetmeyini istiyir

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.