Cəmiyyət

''Bir ölüb, min dirilərik'' - Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır - VİDEO

12 Sentyabr 2018 22:41
5 Şərh     Baxış: 4 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Bir ölüb, min dirilərik''. Bir tərəfə Türkiyə bayrağı, digər tərəfə Azərbaycan bayrağı ortaya isə Azərbaycanın milli qəhramını Mübariz İbrahimovun şəkli çəkilib. Milli.Az bildirir ki, bu görüntülər Türkiyənin Trabzon şəhərində azərbaycanlı sürücülərdən biri tərəfindən çəkilib.

Milli qəhramanımızın şəklini yük maşınlarına vuran Türkiyəli işadamı Abdullah Özər əvvəllər maşınlara Türkiyədə terrorla mübarizədə şəhid olan əsgərlərin şəkillərini yapışdırıb. Sonradan Azərbaycana gələn Abdullah Özər burada Mübariz İbrahimov haqqında eşidib. Və qərara gəlib ki,onun şəkillərini də yapışdırsın.

Abdullah Özər deyir ki, bu addımı , həm Azərbaycanda , həm Türkiyədə çox böyük səvgiylə qarşılanıb.Maşınları görən insanlar videolar çəkib paylaşırlar. Ancaq Türkiyə-Gürcüstan sərhəddində erməni əsilli məmurlar sürücülərə müəyyən problemlər yaratmağa çalışıblar.

Abdullah Özər ölkəmizdə gələrkən şəhidlərinin məzarlarını da ziyarət edib.

Türkiyəli işadamı şəhidlər ölməz deyir. Yaşatmaq üçün isə onları bu yolla unutdurmamağa çalışır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
''Bir ölüb, min dirilərik'' - Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.