Cəmiyyət

Təhsil sahəsində mühüm YENİLİKLƏR OLACAQ - VİDEO

12 Sentyabr 2018 22:32
Baxış: 2 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında da həyata keçiriləcək. Milli.Az bildirir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, nazirlikhazırdamüvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır.

Nazir Bakı məktəblərindəki sıxlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, sıxlıqla əlaqədər hətta üç növbəli fəalliyyət göstərən məktəblər var. Bunun qarşısını alınması istiqamətinə tədbirlər davam edir.

Ceyhun Bayramov şagirdlərin dərs yükünün yüngülləşdirilməsi istiqamətində ciddi addımlar atılacağını deyib. Bu məqsədlə yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Nazır həmçinin bildirb ki, sentyabrn 20-i Aşura günü şagirdlərin məktəbdən yayınmasına diqqət yetirilməlidir.

Nazir bildirb ki, Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Ceyhun Bayramov bildirib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçib ki, bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təhsil sahəsində mühüm YENİLİKLƏR OLACAQ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.