Cəmiyyət

Yol polisi piyadalara qarşı reyd keçirdi - VİDEO

12 Sentyabr 2018 21:54
2 Şərh     Baxış: 1 196

Sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçməyə cəhd edir. Milli.Az bildirir ki, görüntülər paytaxtın Yasamal rayonunda metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər.

Bu qadın isə uşaq arabası ilə yolu keçməyə cəhd edir. Yol polisi dəfələrlə ona yolun hərəkət hissəsinə girməməsini desə də, qadın buna məhəl qoymur. Bir neçə polisin müdaxiləsi ilə qadın geri qaytarıldı. Qaydaları pozaraq yoldan keçən piyadaların çoxu isə rayondan gəldiklərini bəhanə gətirərək məsuliyyətdən yayınmaq istədilər.

Qeyd edək ki, günün birinci yarısına qədər sözügedən ərazidə təxminən 50 piyada barəsindəİnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olundular. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, polis əməkdaşları paytaxtın müxtəlif ərazilərində gün boyu bu cür reydlər keçirilər.

Onu da qeyd edək ki, təhlükəsizliyi təmin etməkdən ötrü yol polisi metronun "20 yanvar" stansiyası ətrafında dayanma və durma qaydasını pozaraq süni sıxlıq yaradan, o cümlədən rayonlara müştəri aparan taksi sürücülərini də ərazidən uzaqlaşdırıb. Bu cür reydlər hələ bir neçə gün davam edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi piyadalara qarşı reyd keçirdi

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sürücü · 13 Sentyabr 09:4880

    Pirallahı-Mərkəz yolunda Xaşaxuna qəsəbəsində Hərbi Aeroportun qarşısında da yer-altı keçid olmasına baxmayaraq piyadalar yoldan keçir. Bu yolda sürət həddi 100km/saatdır. Bu yoldan keçənlərin əksəriyyəti də hərbçilərdir. Hərbi hissənin rəhbərliyindən də tələb etmək lazımdır ki, öz əməkdaşlarını təlimatlandırsın.

    Cavab yaz
    • Anonim
      sürücüyə · 13 Sentyabr 12:2240

      düz deyirsen mende her gun ordan maşınla keçende qorxa-qorxa keçirem

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.