Cəmiyyət

Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ və YENİLİKLƏR

11 Sentyabr 2018 08:12
5 Şərh     Baxış: 25 373

Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq:

"İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".

Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".

O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".

Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:

"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".

Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    bezdik · 11 Sentyabr 09:2690

    Güneşli, Yeni Güneşli Hövsan buralar qalib ic ice stansiya tikirler. Onsuzda metro olan yerde avtobuslar doludu. İnsanların rahatligini dusunen yoxdu.

    Cavab yaz
  • Anonim
    Aydın Abdullazadə · 11 Sentyabr 12:5830

    Əsas qrafiklərə nəzarət olunmalıdı! hər gün səhər 7:02-də qatar gedir sonra 4 deqiqe interval verirler. aləm qarışır bir birinə. hələ saat axsam 6-da 6:05-də depoya vaqon gönderirler millet bir birinin basina cixmali olur. QRAFİKLƏR 1,5 DƏQİQƏ OLSA HEC BİR STANSİYAYA EHTİYAC OLMAYACAQ VƏ ƏN ƏSASI KƏNDLƏRƏ METRO TİKİLMELİDİ

    Cavab yaz
  • Anonim
    Mamed · 11 Sentyabr 13:0750

    Nə oldu bəs Günəşli, Qaraçuxur, Bakıxanov stansiyası tikilməli idi ki, dairəvi birləşsin.

    Cavab yaz
  • Anonim
    İşkəncə · 11 Sentyabr 13:4730

    C.Səlimov küçəsində 6 ildir metro tikitlər. Tikinti day yolları iflic edib. Rəsmən işkəncə edirlər oradan yolu düşənlərə, yaşayanlara.

    Cavab yaz
  • Anonim
    ... · 12 Sentyabr 09:5110

    Hezi Aslanov metrosunun bir çıxışı 8ilden yuxari di bağlıdı, içəridə ne iş görürlər bu nece ili bilmirem amma hec olmasa yolun üstünü açsalar insanlar evlerine rahat gedib geler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.