Cəmiyyət

Təmir edilən yolda müvafiq nişanlar yoxdur: sürücülər problem yaşayır - VİDEO

10 Sentyabr 2018 22:22
1 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təmir olunan yolda heç bir nişanın qoyulmaması sürücüləri çətin vəziyyətə salıb. Milli.Az bildirir ki, söhbət paytaxtda uzun müddətdir təmir olunan Babək prospektindən gedir. Problem xüsusilə də yolun dönmək üçün nəzərdə tutulan hissələrində daha qabarıq hiss olunur.

Sürücülər deyirlər ki, nişanın olmaması yolda hərəkəti iflic edir. Bu problem xüsusilə də günün pik saatlarında yolun bu hissələrində uzun tıxaclara səbəb olur.

Nişan olmadığından qarşılıqlı hərəkət düzgün nizamlanmır. Nəticədə isə yaranan mənzərə tez-tez qəzaların baş verməsinə səbəb olur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər və problemin həlli üçün dönmə yerinə müvəqqəti nişanlar qoyulacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təmir edilən yolda müvafiq nişanlar yoxdur: sürücülər problem yaşayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.