Cəmiyyət

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

8 Sentyabr 2018 20:07
1 Şərh     Baxış: 2 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daynama və durma qaydasını pozan sürücülərin cərimələnməsi bir müddət əvvəl yol polisindən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Amma sözügedən qurumda hələ ki,sürücüləri cərimə edəcək xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin edilmədiyindən bu işləri yol polisi icra edir. Hətta yol polisi gün boyu belə sürücülərə qarşı reydlər də keçirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni dərs ilinin başlamasına az bir vaxt qaldığından yollarda hərəkət intensivliyi də bir qədər artıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qabağlaycı tədbirlər görməyə başlayıblar.

Şəhərin müxtəlif ərazilərində dayanma və durma qaydasını pozan, xüsusi ilə səki üzərində maşın saxlayan sürücülərə xəbərdarlıq olunub. Bu cür qaydaları pozan sürücülərin avtomobllərinin üzərinə ''Səkilərin üzərində avtomaşın saxlamayın! Dövlət Yol Polisi'' sözləri yazılan vərəqlər qoyulub.

Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmanla Dövlət Yol Polisinin bir sıra səlahiyyətləri, o cümlədən Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Amma həmin qrumda sürücüləri cərimə edəcək xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması hələ ki, təmin edilmədiyindən bu işləri yol polisi icra edir.

Bölmə rəisi Vaqif Əsədov deyir ki, gün boyu yol polisləri belə sürücülərə qarşı paytaxt ərazisində reydlər keçirir.

Onu da qeyd edək ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil saxlayanlar İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimələnirlər. Piyada səkilərində birmənalı olaraq avtomobil saxlamaq olmaz.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, səkidə, piyada keçidinin üzərində avtomobil saxlayan sürücülərə qarşı cərimə yazılması yaxın vaxtlarda Agentlik tərəfindən icra ediləcək. Amma ilk olaraq belə sürücülərlə müsbət nəticəyə nail olmaq üçün öncə geniş maarifləndirmə işləri aparılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.