Cəmiyyət

Gəncənin yeni başçısı idarə rəisini vəzifədən azad etdi

2 Sentyabr 2018 12:03
1 Şərh     Baxış: 9 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində kadr dəyişikliyi baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, İdarənin rəisi Məharət Mustafayev tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə Rüstəmli Əli Xasay oğlu təyin olunub.

Qeyd edək ki, Ə.Rustəmli əvvəllər də bu vəzifədə çalışıb.

Gəncənin keçmiş başçısı Elmar Vəliyevin həyatına edilən sui-qəsddən sonra prezindetin sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Niyazi Bayramov təyin edilib. Bayramov Mingəçevir şəhərinin icra başçısı vəzifəsini icra edirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.