Cəmiyyət

Bakıda gender bərabərliyi üzrə konfrans keçiriləcək

27 Avqust 2018 14:21
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

Milli.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.

İJF-nın rəsmi saytında bildirilir ki, tədbir dünya çempionatı ərəfəsində qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşəcək.

Konfransa İJF prezidenti Marius Vizerdən əlavə, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filzmoser və digər şəxslər iştirak edəcəklər.

Sentyabrın 19-da "Hilton Hotel"də keçiriləcək konfrans saat 16:30-da start götürəcək və 19:00-dək davam edəcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Bakıda 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.