Cəmiyyət

Günün qoroskopu: yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin

16 Sentyabr 2018 00:01
52 Şərh     Baxış: 8 611

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.

Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.

Buğa - günün ilk yarısı uğurlu zamandır. Tək qalmağa çalışın. Müstəqil fəaliyyətdə xeyir var. Hadisələrə diqqət yetirin, kollektiv fəaliyyətdəki mənfi məqamları aradan qaldırın.

Günün ikinci yarısında kənar təsirlər artacaq. Qüvvənizə qənaət edin. Qəflətən aktivləşmə tələb oluna bilər. Nəyisə gözləyirsinizsə və ya planlaşdırıbsınızsa, işə başlayın. Hadisələrin axarında dəyişikliklər olacaq.

Axşam saatlarında emosional dəstək alacaqsınız. Təhlükəsizlik hissinə ehtiyacınız var. Evdə qayda yaradın.

Əkizlər - maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Yeni işə başlamayın, yarımçıq işləri başa vurun. Ünsiyyət çevrənizi genişləndirin. Cari vəziyyətdə maraqlarınızın tam təminatına can atın.

Köhnəlmiş strukturları effektiv sxemlərlə əvəzləyin.

Günün ikinci yarısında təmirə və ya rekonstruksiyaya başlamaq olar.

Hissləriniz dramatik mərhələyə keçərsə, səbəbsiz mübahisə və ya qeyri-adekvat münaqişə alovlana bilər. Enerjinizi konstruktiv olmayan məqsədlərə sərf etməyin. Yaxınlarınızdan birinin müdrik məsləhətinə qulaq asın.

Axşam saatlarını əyləncəyə həsr edin.

Xərçəng - yaxşı, rahat gündür. Başladığınız işlərdə uğur əldə edəcəksiniz. Emosiyalara uymayın, maraqlandığınız obyekt barədə mümkün qədər çox informasiya əldə edin.

Ailədə xoş hadisələr yaşanacaq. Sürprizlər, hədiyyələr istisna deyil.

Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar. Praqmat olun, gerçəyi real dəyərləndirin.

Axtardığınızı tapa bilərsiniz. Uzaq yol istisna deyil. Yeni tanışlığın xoş perspektivləri var.

Yeni münasibətlər üçün axşam saatları əlverişlidir.

Şir - uğurlu zamandır. Diqqət mərkəzində olacaqsınız. Danışıqlara qatılın, müzakirələrdən yan qaçmayın. Əməkdaşlığın konturlarını dəqiqləşdirin, tərəfdaşlıq şərtlərini konkretləşdirin.

Günün ikinci yarısında başqalarının hərəkətlərini, fəaliyyətlərin motivlərini qiymətləndirməyə tələsməyin. Cavab reaksiyanız sərt olmamalıdır. Sonucları dəyərləndirin, əldə etdiyiniz uğurları nəzərdən keçirin. Yeni orientirlər seçin.

Səhhətinizə fikir verin. Bir qədər səbatlı olun.

Qız - bu gün qeyri-adi hadisə yaşanacaq. Fəaliyyətinizi intensivləşdirəcək informasiya alına bilər.

Əvvəlki günlərlə müqayisədə uğurlu zamandır. Aktual məsələləri həll edin. Yeni təmaslar qurun, münasibətləri nizamlayın. Əlaqələri kəsdiyiniz insanla barışın.

Günün ikinci yarısında stress və gərginlik istisna deyil. Yaşananlara emosional reaksiya verməyin. Təcrübənizdən bəhrələnərək qarşılıqlı anlaşmaya nail olun. Şəraitin diqtə etdiyi işlə məşğul olun.

Tərəzi - adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər. Cəmiyyətdəki mövqelərinizi və yerinizi düşünün.

Günün ikinci yarısında zərərli vərdişlərdən qurtulmaq zamanı gələcək. Ailə həyatına "hampa" yanaşması yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Hisslərə qapılmayın, emosional davranmayın.

Münaqişələrə səbəb olmayın. 

Əqrəb - bir yerdə durmasanız, tənbəllik etməsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Dərs ala biləcəyiniz hadisələr baş verəcək. Hansısa məsələlərdə güzəştə getmək, mövqelərdən geri çəkilmək gərəkdir.

Günün ikinci yarısında yeni situasiya prosesi məcradan çıxara bilər. Yeni işlərə başlamaq üçün təşəbbüs göstərməyin. Aktiv təmaslarda olun, daha çox məlumat əldə etməyə çalışın.

Yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Həmin adam sizə minnətdar olacaqlar. Situasiyaya aşkar təsir etmək üçün əlverişli zaman deyil. Olaylarda maraqlı insanla danışın.

Oxatan - tənhalığa qapılmayın, tək işləməyə çalışmayın. Dostlarla ünsiyyət üçün yetərincə vaxt tapa bilmirsinizsə, internet yaxşı alternativ ola bilər. Xəbər axınında faydalı məlumatlar, müşkülləri çözməyin yollarını arayın.

Planlar, hadisələr və emosiyaların əksəriyyəti evlə, ailə üzvləri ilə bağlıdır. Nəticələr və reaksiya ilə tələsməyin.

Günün ikinci yarısında bəzi işlər istədiyiniz kimi alınmazsa, yaxınlarınızdan kimsə qeyri-adekvart davranarsa, əsəbləriniz tarıma çəkilməsin.

Axına qarşı getməyin. Situasiyaya təsirin daha konstruktiv, ətrafdakı insanların nəzərinə aşkar çarpmayacaq yollar seçin. Kiməsə yardım edərək əvəzində minnətdarlıqla qarşılaşa bilərsiniz. Sizi məqsədə yaxınlaşdırmaq üçün daha konkret addımlar atılacaq zamanı gözləyin.

Oğlaq - baş verənləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Sərt tənqidlər və sonsuz iradların zamanı deyil. Situasiyanı aydınlaşdırmaq üçün sual verməkdən çəkinməyin. Müəyyənliyə nail olmağa çalışmayın. Qarşı tərəf marağınızı və xoş münasibətinizi hiss etməlidir.

Günün ikinci yarısında situasiyada çətinliklər hiss olunursa, müstəqil fəaliyyət göstərin.

Ağır işlərlə özünüzü ifrat dərəcədə yormayın. Prioritetləri dəqiqləşdirin. Proseslərə marağınız olmalıdır.

Axşam saatlarında emosiyalara qapılmayın.

Dolça - işləməklə yanaşı, ətrafınızdakı insanların dediklərinə qulaq asın. Fəaliyyətinizin diaqnostikası zamanıdır. Yeni məqsdələri müəyyənləşdirin.

Gərginlik artacaq. Yeni ideya və planlarınızı bölüşməyə tələsməyin.

Günün ikinci yarısında kollektivdə, dostlarla münasibətlərdə həlli bütün tərəfləri razı salmayacaq problem yarana bilər. Eyni vaxtda bir neçə işə başlamayın. Ötənlərdə yaşanmış hadisənin əks-sədası indi duyulur. İnsanlar və hadisələr əvvəlki seçiminizi bir daha xatırlamağa vadar edəcəklər.

Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Həddən artıq tələbkar və aqressiv olmayın. Nə işlə məşğul olacağınızı özünüz seçin.

Balıqlar - fəaliyyət arealınızda dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Ənənələri unutmayın, sınanmış metodları qulaqardına vurmayın. Dostlarla tərəfdaşları ümumi maraqlar ətrafında birləşdirmək olar.

Günün ikinci yarısında fikir ayrılıqları və ixtilaflar olacaq. Problemlərin həlli yeni yanaşma tələb edir. Yardıma ehtiyacı olana real dəstək verin. Maliyyə məsələlərinin müzakirəsi üçün əlverişli zaman deyil.

Axşam saatlarını ailə üzvlərinə, yaxınlarınıza həsr edin. Gəzintiyə, şəhər kənarına yollanmaq olar.

Milli.Az

loading...

Şərh yaz:

52 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 00:0545

    Sabahiniz bazariniz uqurla acilsin

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 08:3523

      Salam. Canim cox sagol. Bahem. Necesen?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 08:4015

        Nurlanam canim cox saq ol var ol sen haralardasan necesen niye yazmirdin ?

        Cavab yaz
        • Anonim
          Nurlana · 16 Sentyabr 09:1823

          Yaxciyam cox sag ol canim. Vaxtim yox idi onuncun yaza bilmirdim. Teze EV aldiq ona bashim qarishmishdi:)) axir ki bu gun vaxt eleyib yazdim. Senincun o birisi dostlar ucun cox darixmishdim.

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 09:2923

            Cox mubarekdi xeyir isler edesiniz evin izde Saq eliniz de menim basima o gun olsun mende teze eve köçüm İnsallah

            Cavab yaz
            • Anonim
              Nurlana · 16 Sentyabr 10:0821

              InshAllah. Cox sag ol canim. Ay Esram oyreshmishem Hovsana. Teze evde qala bilmirem:) mama gil qalib teze evde men gelmishem Hovsana:))

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 10:3523

              Ora da oyrenersen hansi terefdedi teze ev ?Insan boyuduyu yere oyresir

            • Anonim
              Nurlana · 16 Sentyabr 11:3602

              He Hovsanda dogulmusham,ushaqligim orda kecib deye. Bura mene bir teher gelir. Yasamalda

          • Anonim
            Saray♡ · 16 Sentyabr 12:5110

            Nurlana⚘SalamAleykum. Yeni eviniz xeyirli, bərəkətli olsun sizə və ailənizə.Xoş xəbərlər eşidəsiz evinizdə.

            Cavab yaz
            • Anonim
              Nurlana · 16 Sentyabr 14:0001

              Cox sagolun Saray xanim[][]

  • Anonim
    Arzu · 16 Sentyabr 00:1420

    Salam axşamınız xeyir doslar bacılar

    Cavab yaz
  • Anonim
    Kalbim · 16 Sentyabr 07:2340

    Təşəkkürlər.MİLLİ.AZ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:4910

    Salam Aleykum.

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 09:1412

      Aleykum salam.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 09:2915

        Salam Eli muellim

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5010

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~..606..~✭.✭.✭- BÖLÜM -Bürclərin özəl xüsusiyyətləri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5210

    Sevəcəksənsə - Xərçəng, Qoç

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 09:1410

      Dubbeduz:)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 09:3035

        Dubbeduz (Xercengimin Qoç balasiyam )Bizi sevmemek mumkun deyil

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5220

    Dərdini bölüşəcəksənsə - Dolça, Oğlaq

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5210

    Davaya gedəcəksənsə - Qız, Buğa

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5210

    Içəcəksənsə - Oxatan, Şir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5310

    Həyatına məna qatmaq üçün - Əkizlər, Tərəzi

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 16 Sentyabr 08:5410

    Uzun uzun sevmək üçün - Balıq

    Cavab yaz
  • Anonim
    Kalbim · 16 Sentyabr 09:5610

    Bəs əqrəb?

    Cavab yaz
  • Anonim
    ANONiM• · 16 Sentyabr 10:3310

    Esra, siz eveler harda iwlemsiz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 10:5935

      Texniki peşə məktəbində 9-dan cixib usaqlar gedib oxuyurlar orda indi 8 sayli peşə liseyi gedir

      Cavab yaz
      • Anonim
        Kesra · 16 Sentyabr 12:3633

        Qarğis tokmekle mesqul olur

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 13:1742

          12 36 zehlemi tokme de yaxsi hec olmasa bu 1 ay Meherremlik ayin bele eybecer mudaxileler yazma daaaa men durduq yerə qarqış tökmürəm meni hec neden ser-bohtanla hirslendirene qarqis edirem basqa hec ne

          Cavab yaz
  • Anonim
    zehra · 16 Sentyabr 11:1210

    Hamıya salamlar. Nurlana. Esra. Eli qardaş necesiz? Nurka dünen havada yazmışdılar ki biz eyni nikdenik

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 11:4611

      Salam. Zehra men yaxciyam sen necesen?onu yazanin bashi xarabdi. Sen ayri men ayri.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 13:1214

        Zehra salam men yaxsiyam sen necesen ?

        Cavab yaz
  • Anonim
    zehra · 16 Sentyabr 11:1320

    Nurka yağmurdan xeberin var?

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 11:4720

      Axrinci defe yazanda dediki xarice gedirem. 1 2 ay burda olmayacam.

      Cavab yaz
  • Anonim
    zehra · 16 Sentyabr 11:1432

    Tutu. Mehri. Ebru. Esmer. Haralardasız?

    Cavab yaz
    • Anonim
      Nurlana · 16 Sentyabr 11:4930

      Zehra canim Ebru yazib men burda olmayanda?

      Cavab yaz
      • Anonim
        Havagan dostnurlanye · 16 Sentyabr 12:3621

        Ebrui xanumi ovaxtdan cixandi haladeyszmayib nurlane xanlm blian varse yazardl naca 0lduamalyatl rehm etsln Allah qizlarina bagslasin yazlgdir pls oldmusam onunin,ucin safadilaylram yazsa yaxsi 0lardl

        Cavab yaz
        • Anonim
          Nurlana · 16 Sentyabr 12:5530

          Men tanimadim sizi. Kimsiz? He mende cox narahat oldum onuncun Allah komeyi olsun

          Cavab yaz
  • Anonim
    Saray♡ · 16 Sentyabr 12:4980

    SalamAleykum İNSAN olanlara. " Bir insanın çatacağı ən yüksək vəzifə, insan olmaqdır!"

    Cavab yaz
    • Anonim
      zehra · 16 Sentyabr 13:0430

      Likeee:))))

      Cavab yaz
      • Anonim
        Saray♡ · 16 Sentyabr 14:2610

        Tşk Zəhra⚘.

        Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Sentyabr 13:3660

      Gunortanız xeyir hörmətli şərhcilər. Saray xanım həmişəki kimi sitatlarınız möhtəşəmdir! Həqiqətən İNSAN olmaq ən böyuk tituldur! Allah razı olsun!

      Cavab yaz
      • Anonim
        Saray♡ · 16 Sentyabr 14:2920

        Hər vaxtımız xeyir $.$.$.⚘çox sağolun.Allah köməyiniz olsun.

        Cavab yaz
  • Anonim
    Nurlana · 16 Sentyabr 13:0140

    Aleykume salam. Necesiz Saray xanim? Like[][][]

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Sentyabr 13:4031

      Salam Nurlana xanım. Yeni eviniz mubarək olsun! Toylu busatlı xoş gunlər kecirdəsiniz ailəlikcə! Xeyirli uqurlu olsun təzə mənziliniz!

      Cavab yaz
      • Anonim
        Nurlana · 16 Sentyabr 14:0130

        Cox sagolun,Allah razi olsun.

        Cavab yaz
    • Anonim
      Saray♡ · 16 Sentyabr 14:2810

      Salam Nurlana⚘üstünüzə sağlıq elə möhkəm başım ağrayırki:(((

      Cavab yaz
      • Anonim
        Nurlana · 16 Sentyabr 14:3710

        Can Allah shefa versin. Canim mende senin gunundeyem bash agri halsizliq((

        Cavab yaz
        • Anonim
          Saray♡ · 16 Sentyabr 16:1110

          Çox sağol canım.Allah razı olsun. Yuxusuzluqdan gözlərim yanır.Neçə gündür başım qarışıb evdən köçməyə, bu gün uşaqlara məktəb ləvəzimatları almışam, sabahda dərs, iclas var, istirahətə vaxt yoxdur:)) hələ başım çox ağrayacaq.

          Cavab yaz
    • Anonim
      Saray♡ · 16 Sentyabr 14:3510

      Nurlana tşk like üçün⚘

      Cavab yaz
      • Anonim
        Nurlana · 16 Sentyabr 14:5510

        Deymez[][][]

        Cavab yaz
        • Anonim
          Arzu · 16 Sentyabr 16:2400

          Her vaxtuvuz xeyir doslar bacilar

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.