Cəmiyyət

Qəbiristanlığı od bürüdü - 20-dən çox qəbir yandı - VİDEO

21 Avqust 2018 21:16
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Mustafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur.

Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb. Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbiristanlığı od bürüdü - 20-dən çox qəbir yandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.